V.Bottas: “Rəqibi izləmək hələ də çətindir”

Mercedes komandasının sürücüsü Valtteri Bottas hələ də rəqibləri izləmənin çətin olduğunu düşünür.

 

F-1.az xatırladır ki, izləmə və ötmə asanlaşsın deyə F1 bolidlərinin ön və arxa qanadlarında, saydpodlarda radikal dəyişikliklər edilib. Amma Bottas yenə də narazıdır: “Üç və ya dörd saniyə geridəsinizsə, bolid çox sürüşür. Bu da təkərləri çox qızdırır və işləri çətinləşdirir. Lakin Formula1 uzun illərdir ki, belədir. Lider olan bu problemlərə daha yaxşı nəzarət edə bilir. Amma hazırda bir az yaxşıdır. Rəqibi izləyərkən bolid gülməli reaksiyalar vermir. Keçən il türbülans daha çox idi. Bolid daha çox sürüşürdü. Hazırda bir az stabildir. Amma asfaltla ilişmə azalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*