V.Bottas: “Rəqibi izləmək asanlaşıb”

Mercedes komandasının sürücüsü Valtteri Bottas yeni texniki reqlamentin əvvəlkinə nisbətən daha yaxşı olduğunu düşünür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstraliyada demək olar ki, heç kimlə mübariəz aparmayaraq yarışı qazanmışdı. Lakin Valtteri dövrəvi sürücüləri keçərkən özünü yaxşı hiss edib: “Sadəcə bir maşını bir neçə dövrə izlədim. Bir qrupu izləmədim. Bolid daha yaxşıdır və izləmək asanlaşıb. Amma asfaltayatma qüvvəsi itiririk, çünki yeni bolidlər daha çox asfaltayatma gücü istehsal edir. Ön qanadlar bəsit olsa da, türbülansa girdiyiniz an asfaltayatma qüvvəsini itirirsiniz. Bolid daha stabildir. Başqa bolidi izləmək də asanlaşıb. Doğru yöndə atılan addımdır. Tempiniz varsa, ötmə etmək asan olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*