F-1.az xatırladır ki, həftə ərzində Bottasla Renault-nun danışıqlar aparması barədə xəbərlər çıxmışdı. Bottasın Williams-la birillik müqavilə bağlamaq istədiyi, komandanın isə uzunmüddətli müqavilə istədiyi, buna görə də onun Renault-ya keçmə ehtimalı olduğu bildirilirdi.
Lakin Finlandiyanın MTV kanalı Valtterinin Renault-nun təklifini rədd etdiyini bildirib. Kanal iddia edir ki, o, Williams ilə ikiillik müqavilə bağlamağa hazırlaşır və həmin müqavilədə daha bir il uzadılması barədə bənd də olacaq.
Xəbərdə müqavilənin gələn ay elan olunacağı bildirilir. Bunun gecikdirilməsi Lens Stroll ilə bağlıdır. Belə ki, Strollun 29 oktyabrda 18 yaşı tamam olacaq və komanda hər iki sürücünün adını eyni anda elan etmək istəyir.