V.Bottas: Qumarımız yaxşı işlədi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Braziliyada Sprint yarışındakı qumarları işə yarayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sprint yarışına ikinci yerdən start versə də, Soft təkər seçərək, startda Medium təkərli Fersappeni keçib və yarışı qazanıb.

Valtteri Bottas: “Start ən vacib an idi. Bu gün yaxşı start almaq mənim üçün vacib idi. Soft təkərlə qumar oynadıq və işə yaradı. Daha sonra isə finişə qədər trasda qalmağa çalışdıq. Sonlara doğru işlər çətinləşdi, ancaq Maks bizi bəzi döngələrdə izləyə bilmirdi. Buna görə də qumarımız əla işlədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*