V.Bottas: “Qələbəyə inanmalıyıq”

Williams komandasının sürücüsü Vaıtteri Bottas düşünür ki, komanda yeni FW38 bolidi ilə qələbə uğrunda mübarizə aparmalıdır...

F-1.az saytı xatırladır ki, son iki mövsümdə bir neçə dəfə podiumda finiş görən Williams komandası 2016-cı ildə yarışacağı FW38 bolidini bu gün təqdim edib.

Britaniyalıların sürücüsü Valtteri Bottas yeni bolid barədə təəssüratlarını dilə gətirib: “Qış çox yaxşı keçdi və düşünürəm ki, bu bolid bizim atdığımız doğru addımlardan biri olacaq. Testlər bizə son yarışdan bəri nə qədər təkmilləşdiyimizi göstərəcək. FW38 nəzəri cəhətdən çox güclüdür, amma əsas trasda olan nəticədir.

Komanda olaraq çalışacağıq ki, yarış qazanaq. Hər sahədə inkişaf etmişik. Ona görə də ümid edirik ki, qələbə üçün mübarizə aparacayıq”.

Williams komandasının braziliyalı sürücüsü Felipe Massa da FW38-ə güvəndiyini deyib: “İki il ard-arda üçüncü yeri tutaraq nəyə qadir olduğumuzu göstərdik. Nəticəmizi daha da yaxşılaşdırmaq üçün səbrsizliklə gözləyirəm.

Zavodda hamı yeni bolidin üstündə çoxlu işlədi. İnkişaf üçün yaxşı iş gördük.

Williams-ın yeni bolidə güvənməsi üçün çox səbəbi var. Bunları görmək üçün çox səbrsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*