V.Bottas: “Qələbə üçün əla şansım var”

Avstriya Qran Prisində karyerasının 2-ci poulunu qazanan Valtteri Bottas bildirib ki, bolid yaxşı vəziyyətdədir.

F-1.az xatırladır ki, finalndiyalı sürücü Red Bull Rinqdə Sebastyan Fetteli 0.042 saniyə qabaqlayaraq, poul qazanıb.

Valtteri Bottas: “Bolidi sıralanma turu üçün yaxşı hazırladıq və buna görə də mükəmməl nəticə qazana bildim. Buradakı sürətli döngələrdə qüsursuz olmaq lazımdır və mən bolidə güvəndiyim üçün həmişə son həddə sürürdüm. Artıq özümü rahat hiss edirəm və bolidin inkişafından sonra daha yaxşı nəticələr alacağıq. Sabah bizi çətin yarış gözləyir. Ferrari-lər və Həmilton məni təzyiq altında saxlaya bilərlər. Mən əlimdən gələni edərək, qalib gəlməyə çalışacam. Sözün açığı, yarış üçün həyəcanlıyam. Qalib gəlməyi çox istəyirəm və yaxşı şansım var. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*