F-1.az xatırladır ki, finlandiyalı sürücü Rusiyada sıralanma turunda Fetteldən 0.095 saniyə geri qalaraq 3-cü olub.
Valtteri Bottas: “Bugünkü nəticələrdən də göründüyü kimi Ferrari çox sürətlidir. Son sessiyada onlara yaxınlaşsaq da, geridə qoymaq üçün bəs eləmədi. Onsuz da Ferrari komandasının sürücüləri cümə günündən etibarən sürətli idilər. Xüsusən də, UltraSoft təkərlərdə templəri yaxşı idi. Bu gün yenə sübut etdilər. Komandanın işindən razıyam. İkinci cərgədən başlayıb yarışı qazanmaq mümkündür. Biz də ən yaxşı nəticəni almağa çalışacağıq”.