V.Bottas: Qələbə istəyirəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarışı qazanmaq istəsə də, əsas Mühəndislər Kuboku barədə düşünür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Ciddədəki yarışa ikinci yerdən başlayacaq.

Valtteri Bottas: “Bu gün sıralanma turu çox vacib idi. Üçüncü sərbəst yürüşlər çətin keçmişdi. Əslində motoru dəyişməli olduq və komanda maşını sıralanma turundan əvvəl hazırladı. Bunagörə xoşbəxtəm. Son dvrə limitdə idi və bundan həzz aldım. Tras isə çox çətindir.

Təbii ki, yarışı qazanmaq istəyirəm, amma əsas hədəfim Mühəndislər Kubokunda komandaya kömək etməkdir. Lyuis də hələ çempionluq uğrunda mübarizə aparır. Mən isə mübarizə aparmıram. Buna görə də əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*