F-1.az xatırladır ki, Ferstappen İnterlaqosda poul aldığı halda, finlandiyalı sürücü ondan 0.366 saniyə geridə qalaraq 5-ci olub. Lakin Leklerin cəzasına görə yarışa 4-cü yerdən başlayacaq.
Valtteri Bottas: “Sıralanma tempində daha sürətli idim. Son sərbəst yürüşlərdə problem yaşadığımızçün tempimi yavaş-yavaş artırdım. Nu həftə ilk normal dövrəmi sıralanma turunda vurdum. İndi isə boliddən razıyam. Son cəhdimdə təkərlərimi kilidlədim. Orada vaxt itirdim. Başqa hissələrdə isə əlimdən gələni etdim. Buna görə də poul nəticəsi məni təəccübləndirdi. Sıralanma turunda güclü deyildik. Lakin dəfələrlə gerilərdən başlayıb yarış qazanmışıq. Bolidimizin yarış tempi yaxşıdır”.