V.Bottas: “Qalib gələ bilərdim”

Mercedes AMG komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarışın ilk dövrəsində Kimi Rəykkönen ilə insident yaşasa da, yekunda ikinci olduğu üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bakıdakı yarışın birinci döngəsində yaşadığı bu insidentə görə rəqiblərindən 1 dövrə geriyə düşsə də, əzmkarlıq göstərərək yekunda 2-ci yeri tutub. 27 yaşlı sürücü həm Təhlükəsizlik Maşını rejimindən istifadə edərək dövrəsini geri alıb, həm də rəqiblərinin problem yaşamasından faydalanıb. Bottasın əzmkarlığı bunlarla bitməyib. Belə ki, finlandiyalı yarışın son metrlərində Strollu qabaqlayaraq, yekunda ikinci ola bilib.

Valtteri Bottas: “Kimi ilə yaşadığımız yarış insidenti idi. Onun yerinə məyusam, lakin mənə pis təsir etdi. Bu gün çox çılğın yarış oldu. Pitdən çıxdıqdan sonra rəqiblərimdən bir dövrə geridə idim. Lakin yekunda podiumdayam. Qarşıma keçən hamını ötməli idim və bolidin də yaxşı işləməsi ilə bunu bacardım.

Bu yarış göstərdi ki, təslim olmaq olmaz. Qırmızı bayraqlar zamanı komanda bolidi daha yaxşı vəziyyətə gətirdi. Yarışın son metrlərində Strollu keçməyim yarışı mənim üçün unudulmaz etdi. Nəticədən razıyam. Komandama da dərindən təşəkkür edirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*