V.Bottas: Problem yaşamadığım üçün sevincliyəm

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, testlərdə problem yaşamamaları müsbət haldır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreyndəki testlərin ilk günündə 12-ci olub.

Valtteri Bottas: “İlk gün bolidddən razı qaldım. Rəqiblərimizin vəziyyətini bilmirəm, amma keçən ilə nisbətən inkişaf etmişik. Bu il ən müsbət hal odur ki, keçənilki kimi problem yaşamırıq. Doğru addımlarla başlamışıq.

Gün yaxşı keçsə də, görüləcək işlər çoxdur. İki gün çox olmasa da, yaxşı başlamışıq. Məsələn, maşının arxa tərəfi daha balanslıdır. Xüsusən də yüksək sürətli döngələrdə… Ancaq yavaş döngələr üçün sazlanmalar lazımdır. Bolid həm də öndən sürüşür. Bunları həll etməl olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*