V.Bottas: “Poulu əldən vermək pis oldu”

Mercedes komandasının sürücüsü Valtteri Bottas poulu kiçik fərqlə qaçırdığı üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Macarıstandakı sıralanma turunda ikinci olsa da, beşqat Dünya Çempionu olan Həmiltonu qabaqlayıb.

Valtteri Bottas: “Ən asan həftəsonlarından biri deyildi. Birinci sərbəst yürüşləri əldən verdik. İkinci sərbəst yürüşlərdə az sürdük. Bugünkü sərbəst yürüşlər sazlanma tapmaq üçün vacib idi. Boliddə özümə inanırdım və sazlanmalarla bağlı problem yaşamadığım üçün xoşbəxtəm. Sıralanma turunun son sessiyasında özümü yaxşı hiss etdim. Poulu belə az fərqlə əldən vermək pis oldu. Amma Maksı təbrik edirəm. Həftəsonu ərzində güclü idilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*