V.Bottas poul aldığını zənn edib

Mercedes komandasının sürücü Valtteri Bottas bugünkü sıralanma turunda poul qazandığını zənn edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Macarıstanda sıralanma turunda komanda yoldaşı Həmiltondan 0.2 saniyə geridə qalaraq ikinci olub.

Valtteri Bottas: “Həyəcanlı və gərgin sessiya oldu. Diqqətli olmalı idik. Düzgün zaman seçməli və şərtlərə vaxtında reaksiya verməli idik. Komandanın doğru strategiya seçməsi bizə dubl gətirdi. Səhv etmək asan idi və hər şey son dövrədə məlum oldu. Yaxşı dövrə vurduq. Son cəhdim yaxşı idi, amma son iki döngədə asfaltla ilişmə az idi. Xətti keçəndə elə bildim ki, poul qazanmışam, amma sonra mənə dedilər ki, Lyuis səni keçib. Orada məyus oldum. Amma Budapeştdə ilk cərgədən start almaq yaxşıdır. Çünki burada pouldan başlamaq böyük fərq yaradır. Yaxşı nəticə qazanmaq üçün gözəl fürsətimiz var. Bu gün bizim üçün daha pis keçə bilərdi. Buna görə də sevinməliyik. Yarışa hazıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*