V.Bottas: “Podium mümkündür”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, bolid sıralanma turunda çox sürüşüb.

F-1.az xatırladrı ki, finlandiyalı sürücü sıralanma turunda ikinci olsa da, yeni mühərriyə keçdiyi üçün yarışa sonuncu yerdən başlayacaq.

Valtteri Bottas: “Düzünü desəm, Mercedes üçün əla gün oldu. Buna baxmayaraq, boliddə dünənki kimi rahat deyildim. Sessiya ərzində maşın çox sürüşürdü və çətinlik çəkdik. Bundan başqa Lyuis də sürətləndi. Bu gün o, daha yaxşı idi.

Nə olursa-olsun yarışa sonuncu yerdən başlayacam və görək nə baş verir. Podiuma yüksələ bilərəm. Bolidimiz sürətlidir və yarış tempində daha güclü oluruq. Buna görə də əlimizdən gələni edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*