V.Bottas: Podium mümkün idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, podium mümkün imiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü motor dəyişdiyi üçün yarışa 17-ci yerdən başlayıb və yekunda 5-ci yeri tutub.

Valtteri Bottas: “Bu gün qabağa getmək çox çətin idi. Orta qrupa yaxınlaşan kimi bolid sürüşürdü. Bəzi bolidlər üçün işlər daha asan görünürdü. Bu gün bizi yağış xilas etdi. Bunun hesabına xal qazandıq. Ferstappen yaxşı yüksəlirdi. Mən eynisini edə bilmədim. Edə bilməzdim. Səbəbini tapmalıyıq. Montsa fərqli idi. Orada yüksəlmək daha asan idi.

Yağışda doğru qərar verdik. Pitə tez getdim. Bir dövrə tez girə bilərdim, amma komanda hazır deyildi. Podiuma yüksəlmək real idi.

Güc qurğusunu dəyişməyə məcbur idik. Bəzi problemlərə görə oldu. Məqsəd Maksı ləngitmək deyildi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*