V.Bottas: Pis gün idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, cümə günü istədiyi kimi keçməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabidəki cümə sərbəst yürüşlərini üçüncü yerdə bağlayıb.

Valtteri Bottas: “Yeni trasda sürmək və hissiyatın necə olduğunu görmək gözəl oldu. Tras artıq daha axıcıdır və əvvəlkindən daha yaxşıdır.

Sessiya ərzində problem yaşadım. Trasın tozlu olduğu yerdə trayektoriyadan kənara çıxdım. O döngədən əvvəl porebriklərə çox hücum etdim və bunun cəzasını çəkdim.

Boliddəki sazlanmaları ikinci sessiyada dəyişdik. Məncə, sürətləndik, çünki boliddə çox rahat idim. Yenə də heç bir dövrəm mükəmməl deyildi. Buna görə də çox işləməliyik.

Medium təkərlərlə yarış tempində güclü idik. Bolidimiz həmişə stabil idi. Dəyişən hissələr bolidin arxasına daha çox təzyiq göstərir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*