F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa Peresin arxasında 5-ci yerdə başlayıb. Yarışın 26-cı dövrəsində Peres pit-stop edib və burada bir qədər vaxt itiririb. Bir dövrədən sonra pitə gələn Bottas isə heç bir problemlə üzləşməyərək pitdən rəqibinin önündə çıxıb və sona qədər yerini qoruyub.
Valtteri Bottas: “Bəli, onu güzgülərimdə görürdüm. Son dövrəyə başlayanda məndən 1.5 saniyə geri qalırdı. Dövrənin sonunda isə fərq yarım saniyə idi. Amma burada ikinci və üçüncü sektorda ötmə etmək olmur. Buna görə də ilk sektordan sonra əmin idim ki, səhv eləməsəm yerimi qoruyacam.
Peresin önünə keçmək üçün əla iş gördük. Məncə, pitdə gecikdilər və bizim pit-stop planımız olmasa belə, orada taktikanı dəyişdirdik. Məncə, yaxşı oldu. Ən azından onlardan bir az xal oğurladıq”.