V.Bottas panikaya düşməyəcək

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas bildirib ki, Lyuis Həmilton ilk yarışlarda sürətli olsa, panikaya düşməyəcək.

F-1.az xatırladır ki, Mercedes komandası Rosberqin istefasından sonra Williams komandasından Bottası transfer edib. Finlandiyalı sürücü isə testlərdə Həmiltondan heç də zəif görünməyib.

Valtteri Bottas: “Ən yaxşısını edə bilərdim. Niko istefa verdiyi üçün şanslıyam. Həmişə ən güclü boliddə olmağı xəyal etmişəm. Bu da reallaşdı. Düzünü desəm, əvvəlki kimi təzyiq hiss etmirəm. Ən yaxşı bolidi sürmək üçün əlimə gözəl fürsət düşsə də, təzyiq hiss etmirəm. Qazana biləcəyim şeylər itirəcəklərimdən daha çoxdur. Lyuis müqayisə üçün əla sürücüdür. Üçqat Dünya Çempionuna qarşı mübarizə aparacam və bu fürsətdən istifadə etməmək axmaqlıq olardı.

Təslim olmayacam. Lyuis sürətli olsa, panikaya düşməyəcəm. İlk yarışlarda öyrənməli olduğum çox şey var. Atmalı olduğum addımlar var.

Bəzi şeyləri sürüş stilimə uyğunlaşdırmağa çalışıram. Fərqli trayektoriyalar istifadə etməliyəm.

Bunu daha çox asfaltla ilişmə və ya fərqli bolid olduğu üçün etmirəm. Bolid mexaniki olaraq fərqlidir və boliddən hər şeyi almaq istəyirsinizsə, fərqli şeylər yoxlamalısınız.

Düşünürəm ki, çox şey öyrənmişəm. Daha artığını etməliyəm və bunu edə biləcəyimə əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*