F-1.az xatırladır ki, finlandiyalı sürücü mükəmməl startla ikinci yerə yüksəlsə də, təkərlərini blokladığı üçün 4-cü yerə düşüb. Daha sonra Ferrari-lərin problem yaşaması ilə ikinci olub.
Valtteri Bottas: “Yarışda tempi qorumaq çətin idi. Ancaq bəzən mübarizə apardım. Amma arxadan gələn rəqibim olmayanda və öndəkilərə çata bilməyəndə mühərriyi qoruya bildim. Ön qanadıma ilişən və performansımı azaldan paket kimi plastik bir şey var idi. Yarış mükəmməl olmasa da, bəxtimiz gətirdi. Keçənilki uğursuzluqlarımdan sonra ayağıma gələn bəxti dəyərləndirməli idim”.