F-1.az xatırladır ki, finlandiyalı sürücü son mövsümdə qələbə qazana bilməyib və 2012-ci ildən sonra yarış qazana bilməyən ilk Mercedes sürücüsü olub.
Toto Volff: “Formula1 bolidi sürən hər pilot özünü qorumalıdır. Formula1-də ancaq ən güclülər həyatda qalırlar. Burada dünyanın ən güclü 20 sürücüsü yarışır və özlərini isbat etməlidirlər. Təkcə Valtteri bu vəziyyətdə deyil. Valtteri sərt savaşçıdır və möhtəşəm sürücü olmasaydı, burada yarışmazdı. Həmiltonla komanda yoldaşı olmaq ona təsir edir. 2018-ci ildə bəxti gətirmədi. Üç yarış qazana bilərdi. Qışda çox işləyəcək və mövsümə təmiz beyinlə başlayacaq. Yeni mövsümdə hamının sıfır xalı olacaq və belə halda çempionluq uğrunda mübarizə bərabərləşir. O, ağıllı və istedadlı oğlandır”.