V.Bottas oyun oynamayacaq

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, komanda yoldaşı Həmiltonla siyasi oyunlar oynamayacaq.

F-1.az xatırladır ki, Niko Rosberq çempion olduğu il Həmiltona siyasi oyunlar oynadığını etiraf etmişdi.

Valtteri Bottas: “Bacardıqca çox yarış qazanıb çempion olmaq istəyirəm. Başqa şeyi dəyişdirməyə ehtiyac yoxdur.

Komanda daxilində siyasi oyunlar oynamayacağam və məncə, belə daha yaxşıdır. Performansımı göstərməyə çalışacağam.

Hər sürücünün zəif tərəfi olur, lakin ona fokuslanmaqdansa, öz performansımı artırmağa çalışacam. Hər yarış yüksək səviyyədə sürməliyəm və ümid edirəm ki, bunu bacararam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*