V.Bottas: “Ötmələr barədə danışmaq tezdir”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, mövsümün ilk yarışında az sayda ötmə olsa da, əsl vəziyyəti görmək üçün bir neçə yarış gözləməlidirlər.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı Avstraliyada cəmi 5 ötmə olmuş və yarışdan sonra əksər sürücülər ötmələrin çətinləşdiyini demişdilər.

Valtteri Bottas: “Bəli, ilk yarışda az ötmə oldu. Amma bura Albert Parkdır. Orada heç vaxt çoxlu ötmələr görməmişik. Məncə, ən doğru şərhləri vermək üçün bir neçə yarış gözləməliyik. Çin və Bəhreyn ötmə mövzusunda ən əyləncəli traslardandır. Əgər burada da vəziyyət dəyişməsə, tənqidlərə başlaya bilərik. Hazırda ötmələrin az olması trasa görədir. Barselonada da ötmə etmək çətin olacaq. Amma uzun düzlüklərin olduğu geniş traslar həmişə əyləncəli olur. Görək nə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*