F-1.az xəbər verir ki, Valtterinin qazandığı xal ilə Alfa Romeo komandası Mühəndislər Kubokunda Haas-ı qabaqlayaraq yeddinci yerə yüksəlib.
Valtteri Bottas: “Bugünkü yarışın necə keçdiyindən məmnunam. Startda dörd mövqe geri qazanmağıma baxmayaraq, sonda yalnız bir xal əldə etsəm belə, günü uğurlu hesab etmək olar. Monako mərhələsindən başlayaraq ilk onluqdakı yerlər uğrunda yarışlarda mübarizə apara bilirik. Komanda irəliləyiş əldə edib, lakin biz daha da inkişaf etməliyik”.
Qeyd edək ki, hazırda Valtterinin hesabında 5 xal var və 4 xal toplamış komanda yoldaşı Quanyu Çjoudan bir pillə üstdə – 15-ci yerdədir. Yeri gəlmişkən, çinli sürücü dünənki yarışı 16-cı yerdə başa vurub.