V.Bottas: Niyə zəiflədim bilmirəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Portuqaliyada nəyə görə zəif olduğunu anlamayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü startda Həmiltonu qabaqlasa da, daha sonra britaniyalı komanda yoldaşının gerisinə düşüb və ikinci yerlə barışmalı olub.

Valtteri Bottas: “İlk dövrə əla idi. Bir az yağış atırdı və bu da işləri çətinləşdirdi. Beləliklə, Soft təkərlə start alan sürücülər üstünlük qazandılar. Daha sonra liderliyə yüksəldim və sevinirdim.

Yarışın sonrakı dövrələrində tempim yox idi. Səbəbini bilmirəm, ancaq tempim yox idi. Lyuis ilə mübaridə müdafiə olunmaq istədim, amma çox sürətli idi və əlimdən heç nə gəlmirdi. Bu gün niyə tempimin olmadığını bilmirəm. Əlimdən gələni etsəm də, sürətim yox idi.

Yarışı Soft təkərlə bitirmək istəyirdim. Pitə gec gedib, Soft təkərə keçə bilərdim, ancaq bu, nəticəyə təsir göstərməzdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*