V.Bottas nədən narazı qalıb?

Mövsümün ilk yarışı Avstraliyada 3-cü olaraq podiumun son pilləsinə yüksələn Bottas nəticədən narazı olduğunu bildirmişdi.

F-1.az xatırladır ki, Bottas yanvar ayında Mercedes-ə transfer olunmuş və almanların heyətindəki ilk yarışda 3-cü olaraq, komanda rəhbərliyinin fikrincə, əla nəticə göstərmişdi.

Valtteri Bottas: “Həmişə özümə yüksək hədəflər qoymuşam və bunları rellaşdırmağa çalışıram. Bu, məni güclü və məğlubedilməz edəcək. Hər yarışdan əvvəl güclü və zəif tərəflərimi düşünürəm. Zəif tərəflərimə daha çox diqqət ayırıb, ona görə mübarizə aparıram.

İlk yarışım elə də yaxşı getmədi. Sürətli idik və qalib gələ bilərdik. Amma bundan sonra çox işləyərək, ilk yarışı kompensə etməliyik. Özümə və istedadıma güvənirəm və təslim olmadan gücümü yarışımda əks etdirəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*