F-1.az xatırladır ki, Mercedes ikinci pit-stopa hər iki sürücüsünü birdən çağırsa da, təkərləri qüsursuz dəyişiblər. Bu taktika onlara növbəti qələbə dublunu gətirib.
Valtteri Bottas: “Çox narahat idim. Vaxt itirə bilərdim. Komanda ilə danışırdım. Daha sonra pitə gələ bilərdim. Gəlməyə də bilərdim. Amma təkərlər yeyilmişdi və bu, riskli ola bilərdi. Fərqli taktika seçsəm, qazana bilərdim. Ancaq ikimiz də bir yerdə pitə girəndə geridə qalacağım məlum olmuşdu. Lakin yaxşı oldu və buna görə minnətdaram. Bir az vaxt itirdim, amma komanda əla iş gördü. İndi məlumatlara baxanda ən doğru qərarı verdiklərini görürəm”.