F-1.az xatırladır ki, finlandiyalı sürücünün müqaviləsi ilin sonunda bitəcək. Bəzi resurslar düşünür ki, Almaniya təmsilçisi növbəti il Bottasın əvəzinə Corc Rasseli gətirəcək.
Valtteri Bottas: “Bəzən heç yarışmadığımız halda belə dedi-qoduların çıxması məni təəccübləndirir. Digər komandalarda sürücü dəyişiklikləri oldu, amma narahat deyiləm. Bəzi komandalar və sürücülərin qərar vermə prosesi fərqli ola bilər. Dedi-qodular olsa da, bu idmanın bir hissəsidir”.