V.Bottas: “Mühərriyin partlamasını gözləmirdik”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Barselonada yarışda mühərrik probleminə görə təəccüblənib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Barselonada yarışda 3-cü yerdə gedərkən, mühərriyi partlamış və 27 yaşlı sürücü bu mövsüm ilk dəfə yarışı bitirə bilməmişdi.

Valtteri Bottas: “Boliddə özümü yaxşı hiss edirdim və mühərriklə bağlı problem yaşayacağımızı düşünməmişdim. Yarışa başladığım təkərlərdə temp yox idi və öndəki rəqiblərimdən uzaqlaşmağa başladım. Bundan sonra tək pit-stopluq strategiya ilə bəxtimizi sınamaq istəsək də, işlər planlaşdırdığımız kimi getmədi. Nəticədə mənim üçün pis gün oldu. Çox dəyərli 15 xalı əldən verdim. Növbəti yarışlarda bunu kompensə etməyə çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*