F-1.az xatırladır ki, 2017-ci ildə bolidlərin aerodinamikası dəyişəndən sonra Monakoda sürücülər hücum etməkdə çətinlik çəkirlər.
Valtteri Bottas: “Trasdan tarixin qoxusu gəlir. Bu trasın utancverici olduğunu demək düz deyil. Amma hazırkı bolidlərin quruluşuna görə öndəki rəqibini izləmək və ötmə etmək çətin olur. Sözün açığı, trasın konfiqurasiyasının dəyişdirilməsi barədə düşünə bilmirəm. Tras limitlərdədir və buna görə çox sevirəm. Amma ötmə etmək ən böyük problemdir. Monakoda daha əvvəl gözəl yarışlar olub. Ancaq hazırda elə olmadığı açıq-aydın görünür”.