V.Bottas: Möcüzəyə ehtiyacım var

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, çempion olması möcüzəyə bərabərdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, MGU-H probleminə görə mübarizəni dayandırıb. Yarışı qazanan Həmilton isə komanda yoldaşı ilə fərqi 69 xala çatdırıb.

Valtteri Bottas: “Çox məyusam. Əlimdən heç nə gəlmirdi. Ondan əvvəl də təkərləri kilidləmişdim. Buna baxmayaraq, pitlərin hesabına qalib gələ bilərdim. İki pit-stoplu strategiya ideal olardı.

Yağış damlaları düşərkən təkərləri blokladığımda ümidim var idi. Amma mühərrik problemi hər şeyi məhv etdi. Lyuis ilə olan fərq artıq çoxdur. Bundan sonra möcüzə nəticəsində ona çata bilərəm. Buna baxmayaraq, peşman olmayacam. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*