F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışı elə başladığı kimi – 3-cü yerdə bitirib.
Valtteri Bottas: “Çox məyusam. Sevindiyim yeganə şey komanda olaraq yaxşı xallar qazanmağımızdır, amma mənim strategiyam pis oldu. Yarış ərzində hücum yox, müdafiə rejimində idim. Buna təəccübləndim, çünki normal hal deyildi. Üstəlik pit-stopda gecikdirildim. Bununla da yarış mənim üçün bitdi. Bunlara baxmayaraq performansımız zəif idi. Lakin əsəblərim pozuldu”.