V.Bottas məyus olub

Mercedes komandasının sürücüsü Valtteri Bottas poulu cüzi fərqlə əldən verdiyi üçün məyus olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Barselonada sıralanma turunda komanda yoldaşı Həmiltondan 0.04 saniyə geri qalaraq 2-ci olub.

Valtteri Bottas: “Nəticələr çox sıxdır. Bütün həftəsonu belə idi. Ümumilikdə əyləncəli gün idi və ilk cəhdimdə istədiyim kimi dövrə vura bilmədim. Amma bir şansım da var idi və bilirdim ki, heç nə bitməyib. Yaxşı dövrə vursam da, az fərqlə poulu əldən verdim. Məyusam. Sabah üçün yaxşı fürsətimiz olacaq. Ümid edirəm ki, sabah problemsiz gün olar və qalib gələrik. Ferrari bizim üçün ciddi rəqibdir. Onlara qarşı diqqətli olmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*