V.Bottas: “Mercedes Macarıstanda çətinliklərlə qarşılaşa bilər”

F-1.az xəbər verir ki, Mercedes AMG-nin finlandiyalı sürücüsü Valtteri Bottas Macarıstandakı yarış onlar üçün asan keçməyəcəyini bildirib.

Valtteri Bottas: “Sürətli olacağımıza zəmanət vermirik. Hunqarorinq fərqli trasdır. Biz bundan əvvəlki iki sürətli trasda keçirilən yarışlarda hamını üsətləmişdik. Bakıda da hər şey qaydasında idi, lakin Bakı Şəhər Halqası da öz xüsusiyyətləri olan trasdır.

Budapeştdə isə tamamilə başqa şərait olacaq – yavaş döngələr və yüksək temperatur. Lakin biz mövsümün sonuna qədər işimizi dayandırmaq fikrində deyilik. Nəticələr trasın xüsusiyyətlərindən asılı olacaq. Əminəm ki, burada da cəlbedici mübarizə görəcəyik”.

Qeyd edək ki, çempionatın lideri Sebastyan Fetteldən 23 xal geri qalan Valtteri Monako Qran Prisindən bəri ən çox xal toplayan sürücüdür…

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*