V.Bottas: Mercedes-də yarışanda Volff menecerim deyildi

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Toto Volff iki il əvvəl yenidən Merceses-in idarə heyətinə qatılıb.

F-1.az bildirir ki, Toto Volff finlandiyalı sürücünün inkişafında böyük rol oynayıb. O, Bottasa menecerlik edərək, Formula1-ə gəlməsində böyük rol oynamışdı. Lakin 2016-cı ilin sonunda Niko Rosberqin Mercedes-dən qəfil ayrılışından sonra “gümüşü oxlar” əvvəlki 4 mövsümdə Williams ilə 9 podium qazanmış Bottası almaniyalı sürücünün yerinə ən real namizəd görmüş və komandaya transfer etmişdi. Bundan sonra Toto Volff Bottasın menecerliyindən çəkilməli olmuşdu.

Valtteri Bottas: “Toto Volff Mercedes-in idarə heyətinə yenidən seçildi. Mercedes-də yarışanda fərqli səbəblərə görə menecerim olmadı. Heç bir pay almırdı, çünki bu işlər belə getməz. Amma indi idarə heyətinin üzvüdür”.

Qeyd edək ki, Valtteri Bottas 2017-2021-ci illərdə Mercedes komandasında yarışmış və Sürücülər Çempionatında iki dəfə ikinci yeri tutmuşdu. 2021-ci ilin sonunda onu Corc Rassell əvəz etmişdi. Finlandiyalı sürücü isə Alfa Romeo komandasının yolunu tutmuşdu. Hazırda 33 yaşı olan Bottas bu mövsüm 6 yarışdan sonra 4 xal toplayıb və 14-cü yerdədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*