F-1.az xatırladır ki, “gümüşü oxlar” hazırda Bottasla okon arasında qalıblar. Lakin Mercedes-in finlandiyalı sürücünü seçdiyi ilə bağlı xəbərlər çıxıb. İddialara əsasən komanda 30 yaşlı sürücünün müqaviləsindəki birillik opsiyondan istifadə edəcək və beləliklə, Bottasın müqaviləsi avtomatik olaraq uzanacaq. Bu həmlədən sonra Okonun Renault komandasına gedəcəyi gözlənilir.
V.Bottas Mercedes-də qalır?
Finlandiya mətbuatının verdiyi xəbərə əsasən Mercedes komandası Belçika yarışından əvvəl Bottasın birillik müqaviləsini açıqlayacaq.