V.Bottas Mercedes-də qalır?

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottas komandada qalmaq üçün vacib addımlar atıb.

F-1.az xatırladır ki, Bottas bu il 4 poul və ikisi qələbə olmaqla 9 podium qazanıb. Buna baxmayaraq finlandiyalı sürücünün əvəzinə Okonun gətirələcəyi deyilir. Amma Toto Volff bu iddiaları təkzib edib: “Komandada qalmaq üçün yaxşı addım atdı. İngiltərədə gözəl performans göstərdi. Təslim olmadı və sıralanma turunda Lyuisə yaxın performans göstərdi. Biz 2014-2016-cı illərdə ağır təcrübə yaşadıq. Onların vəziyyəti fərqli idi. İndi komandadaxili mübarizə ədalətli və maraqlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*