F-1.az xatırladır ki, Bottas cümə sərbəst yürüşlərində birinci yeri tutsa da, sıralanma turunda britaniyalı komanda yoldaşından 0.7 saniyə geri qalaraq, 4-cü olub. Finlandiyalı sürücünün ötürmələr qutusu dəyişdirildiyinə görə startda 5 yer itirəcək və yarışa 9-cu yerdən başlamalı olacaq.
Valtteri Bottas: “Hava şəraiti hamı üçün çox çətin idi. Tras quruduqdan sonra hamı üçün normal sıralanma turu oldu. Deyəsən, bircə mən özümü boliddə rahat hiss edirdim. Balans bərbad olmasa da, Lyuisdən geri qaldım. O fərqli şeylər edə bildi. Bəlkə də, qızdırma dövrəsində təkərləri daha yaxşı hazırladı. Mənim təkərlərim isə bloka düşdü və buna görə 0.1 saniyə itirdim. Bəlkə də, bir az çox. Bolidimiz güclüdür və bütün həftəsonu ərzində rəqabətədavamlı idik. Yarışa fərqli təkərlərlə 9-cu yerdən başlamaq maraqlı olacaq”.