V.Bottas: Məndə problem var idi

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas yarış ərzində boliddən narazı qalıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü İspaniya yarışında 19-cu olduğu halda, gənc komanda yoldaşı Çjou 9-cu yeri tutub.

Valtteri Bottas: “Mənim üçün qaydasında getməyən şeylər var idi. İlk dövrələrdə yeni təkərlər problemləri bildirməsə də, üç dövrədən sonra ilişmədə problemlər yaşadım. Yüksək sürətdə maşın çox sürüşürdü və bu böyük problem idi. Dövrə başına 1 saniyədən çox itirdim. Çox sürüşürdüm. Mexaniki ya da aero problem idi bilmirəm, çünki balans çox pis deyildi. Buna görə də bolidi təhlil edib problemi anlayacağıq.

Sıralanma turunda qeyri-adi şərait var idi. Ancaq hər dövrəmdə tempim çatmırdı. Bəli, bunu həll etmək istəyirəm. Yenə də komanfa xal aldı və sevincliyəm. Çjou ilə söhbət etdik və tempdən razı idi. Amma mən razı deyildim. Ancaq yeniliklərin işləməsi yaxşı oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*