F-1.az xatırladır ki, finandiyalı sürücünün Barselonada maşınının altlığı zədələnmiş və yarışı 19-cu yerdə bitirmişdi.
Valtteri Bottas: Bir neçə çətin yarışdan sonra komandanın Barselonada yaxşı performans göstərdiyini görmək gözəl idi. Keçmişdə Kanadadan yarışmaqdan həzz almışam və bu həftəsonunu səbirsizliklə gözləyirəm. Bolidimizin böyük potensialı var. Buna görə də hədəfimiz cümə günündən etibarən güclü performans göstərmək və çoxlu xallar qazanmaqdır.
Barselonada maşının altlığı bir qırıntıya görə zədələnmişdi və buna görə də C43-ün performansını göstərə bilmədim. Yenə də komanda yoldaşım yaxşı performans göstərdi.
İndi önümüzdə yeni bir yarış və yeni bir fürsət var. İspaniya yarışından sonra simulyatorda işlədim və Finlandiyadakı evimə getdim. Hazırda özümü mübarizəyə hiss edirəm”.