V.Bottas: Maşın yaxşı işlədi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, cümə günü bolid yaxşı işləyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Montsada sıralanma turunda birinci yeri tutub və sabahkı sprint yarışına birinci yerdən başlayacaq.

Valtteri Bottas: “Özümü yaxşı hiss etdim. Son cəhdimdə gözəl dövrə vurdum və həzz aldım. Bolid bu həftə çox güclüdür və Red Bull-dan sürətli olduğumuzu gördük. Gözlədiyimizdən daha yaxşı vəziyyətdəyik. Ümid edirəm ki, yarış tempində də güclü olarıq”

Valtteri bottas dördüncü mühərriyə keçiyi üçün yarışa sonuncu yerdən başlayacaq. Buna görə də, finlandiyalı sürücü sabahkı sprint yarışından maksimum xal almaq istəyir: “Sabah maksimum xal almağa çalışacam. Daha sonra bazar günü məni çətin mübarizə gözləyir. Ancaq tempimiz var vəbazar günü də yaxşı xallar yığa bilərik. Ümid edirəm ki, yüksələ bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*