V.Bottas: Maksimumu aldıq

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarışda maksimum nəticə əldə edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 5-ci yerdən başlasa da, rəqiblərinin problemlərindən yararlanaraq, finişə 2-ci yerdə çatıb və builki ən yaxşı nəticəsini əldə edib.

Valtteri Bottas: “Keçən həftəyə nisbətən bir pillə qabaqdayam. Red Bull-la aramızdakı fərqi düşünsək, komanda olaraq yaxşı xallar qazandıq. İkinci yerdə podiuma yüksəlmək gözəl oldu. Bu gün maksimum nəticə əldə etdik.

Təkərlər yaxşı dözdülər. Yarışın sonuna doğru çox yeyilirdilər. Lando isə gözləmədiyimiz halda sürətli idi və bizi gərginlikdə saxladı. İndi isə şampandan həzz almaq lazımdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*