F-1.az xatırladır ki, finlandiyalı sürücü yanvar ayında Rosberqin əvəzinə Mercedes komandasına transfer olunmuşdu. 26 yaşlı sürücü testlərdə yaxşı performans göstərmişdi.
Valtteri Bottas: “Lyuisə qarşı çətin bir mövsüm olacaq. O mükəmməl sürücüdür və çempiondur. Karyerası ərzimdə çoxlu yarış qazanıb. Buna görə də hər şey onun xeyrinə görünür. Amma mən də özümə güvənirəm. Güclü bolidlə nələr edə biləciyimdən xəbərdaram.
Burada olmaq mənim üçün xüsusi şansdır. 2017-ci ildə özümü isbat etməliyəm. Bunu edə biləcəyimi düşünürəm. Birillik müqavilənin səbəbini başa düşə bilirəm. Mənim üçün problem deyil. Mən rəqabəti sevirəm və yerimi qorumaq üçün çox işləməliyəm. Onsuz da bunu edə bilməsəm, burada olmağın mənası qalmaz.
Lyuis ilə aramızda problem yoxdur. Məlumatları paylaşırıq. Ümid edirəm ki, mövsüm ərzində aramız yaxşı olar”.