V.Bottas köməkçi sözünə əsəbləşib

Mercedes komandasının sürücüsü Valtteri Bottas rəhbəri Toto Volffun işlətdiyi "köməkçi" sözünə əsəbləşib.

F-1.az bildirir ki, finalaniyalı sürücü Macarıstanda pit-stopdan sonra müdafiə olunduğu halda, komanda yoldaşı Lyuis Həmilton fərqi artıraraq uzaqlaşıb. Mercedes Motorsport-un rəhbəri Toto Volff isə Bottasın bu hərəkətini tərifləyərək, sürücüsünə köməkçi deyib: “Bottas özünü bir az pis hiss edir. Çünki podiuma layiq idi. O, çox yaxşı köməkçidir”.

Valtteri Bottas: “Köməkçi sözü məyusedicidir. Bu yarışda özüm üçün müsbət bir hal görmürəm. Daha yaxşı nəticə istəyirdim. Əvvəlcə tək pit-stopla gedəcəyimizi düşündüm. Kimiyə görə erkən pit-stop etdik. Ona qarşı hərəkət etməli idik və yarışın bitməsinə 20 dövrə qalmış hər şey qaydasında idi. Sürətimizi və yerimizi qoruya bilirdik. Sonra arxa təkərlər ölməyə başladı. Əlimdən gələni edərək, aqressiv formada müdafiə olunmağı seçdim. Sonradan qırıq ön qanada görə hər şeyi batırdım. Bu barədə danışmalıyıq. Mövsümün yarısından sonra xal fərqi böyükdür. Amma hər şeyə komanda qərar verəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*