F-1.az xatırladır ki, Mercedes komandası pit-stoplarda etdiyi səhvlərlə qələbə dublunu əldən verib. Komanda əvvəlcə Rassellə Bottasın təkərlərini səhv salıb. Ancaq komanda birdən bunu anlayıb və finlandiyalı sürücüyə yenidən köhnə təkərlərini taxıb. Beləliklə, Bottas ikinci yerdən səkkizinci yerə geriləyib.
Valtteri Bottas: “Komanda olaraq böyük səhvlər etdik. Təhlükəsizlik maşını trasa çıxanda pitə gəldim. Pit-stop üçün vaxtımız var idi və komanda belə səhv edən deyil, ancaq indi etdi. Bu problemləri həll etmək lazımdır. Dərs çıxarmalıyıq. Bu hadisə hər şeyi məhv elədi”.