F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabidəki sıralanma turunda 6-cı olub.
Valtteri Bottas: “Ən yaxşı zaman nəticəmi ikinci sessiyada göstərdim. Başqa heç nə. Əlimdən gələni etsəm də, ondan yaxşısı mümkün olmadı.
Mexaniki cəhətdən yumşaq sazlanma seçdim və hiss edirəm ki, bu yaxşıdır. Ümid edirdim ki, sıralanma turunda da yaxşı olacaq. Amma asfaltla ilişmə artdı və nəticə belə oldu. Köhnə motora keçməli olduq və buna görə 0.2 saniyə itirdik”.