F-1.az xatırladır ki, Bottas testlərin 5-ci günündə nahardan sonra trasa çıxıb və 86 dövrə vuraraq, günü 5-ci yerdə bağlayıb.
Valtteri Bottas: “Daha çox məsafə qət edə bildik. 4 saata 80 dövrə yaxşıdır. Biz hələ də yarış tempinə fokuslanmışıq. Boliddə müxtəlif sazlanmaları yoxlayırıq. Buna görə də dəyərli gün idi. Hələ istədiyimiz nöqtəyə gəlməmişik. Boliddə görüləsi işlər həmişə var və bütün yenilikləri dəyərləndiririk. Nəyin yaxşı, nəyin pis olduğuna baxır və hansı sahələrdə inkişafın lazım olduğunu öyrənirik. Hazırda zaman nəticələrinə baxmırıq və ən yaxşı zaman nəticəsini istəsək təkmilləşdirərik. Bu mümkündür.
Ferrari sabit və sürətli görünür. Onları, ya da Red Bull-u gözardı edə bilmərik. Melburnda ən yaxşı nəticəni almaq üçün çox işləməliyik”.