F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turundakı son cəhdlərdən əvvəl poulda idi. Lakin Lyuis Həmilton son cəhdində qüsursuz bir dövrə vuraraq, Bottasın 3 yarışlıq poul qazanma seriyasına son qoyub.
Valtteri Bottas: “Məyusam. İlk cəhdimdən sonra nəticəmi yaxşılaşdıra bilərdim. Amma son cəhdimdə təkərləri qızdıra bilmədim. Düşündüm ki, poul artıq əlimdədir. Ancaq alınmadı. Burada poul qazanmaq əla olardı, lakin təslim olmaycağam. Hər şey ola bilər. Əlimdən gələni edəcəm”.