V.Bottas: Karyeramın ən yaxşı dövrəsi idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, karyerasının ən yaxşı dövrəsini vurub.

F-1.az xatırladır ki, Meksikada Red Bull favorit olsa da, Bottas hamını təəccübləndirərək poul əldə edib.

Valtteri Bottas: “Əla dövrə idi. Xüsusən də son sessiyadakı ilk cəhdim. İkinci cəhdimdə son sektorda itirdim. Düzünü desəm, ilk cəhdim karyeramdakı ən yaxşı dövrələrimdən biri idi.

Sazlanmaları dəyişəndən sonra özümə olan inam artdı. Özümü yaxşı hiss elədim. Vahid dövrədə zəif olsaq da, havalar qızdıqca vəziyyət yaxşılaşdı. Sürmək artıq həzz verirdi.

Startda önümüzdə uzun düzlük olacaq və hava kisəsi alan pilotlar üçün əla fürsət yaranacaq. Buna görə də yaxşı start almalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*