V.Bottas: “İstədiyim kimi olmadı”

Mercedes komandasının sürücüsü Valtteri Bottas komanda yoldaşı Həmiltonun təkmilləşdiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü F1 tarixinin 1000-ci Qran Prisi üçün poul qazanıb. 29 yaşlı sürücü beşqat Dünya Çempionu Həmiltonu cüzi fərqlə qabaqlayıb.

Valtteri Bottas: “Hələlik yaxşı həftəsonudur. Üçüncü sərbəst yürüşlərdə özümü rahat hiss edirdim. Amma sıralanma turunun son sessiyasında yaxşı dövrə vurmaq çətin oldu. Lakin nəticəm çox yaxşıdır. Son cəhdim pis olmasa da, istədiyim kimi deyildi. Amma poul qazanmağa bəs elədi. Bolid Çində yaxşı işlədi. Həmilton da sıralanma turunda gücləndiyi üçün mübarizə sıx oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*