F-1.az xatırladır ki, finalndiyalı sürücü Formula1 karyerasına 2013-cü ildə Williams-da başlamış, 2017-ci ildə Mercedes-ə keçmişdi. 2022-ci ildə isə Alfa Romeo-ya transfer olunmuşdu.
Valtteri Bottas: “Özümü fiziki və zehni cəhətdən əziyyətə öyrəşdirmək istəyirdim. Ancaq nəzarətimdən çıxdı və bundan asılı vəziyyətə düşdüm. İştahasızlıqla bağlı diaqnoz qoyulmamışdı, amma iştaham yox idi. Bu sağlam hal deyildi. Lakin ən güclü sürücü olmaq istəyirdim və bunu etməli idim. Komanda məndən 68 kilo olmağımı istəyirdisə və 73 kilo idisəm, əlimdən gələni etməliydim”.